Gözəlim, el duyar axır, mənə az qaş-göz elə!Bir də aldanmaram, ölsəm də, vəfasız gözələ.

Alacaqsan, bilirəm, canımı min naz ilə,Çox gecikdirmə, gülüm, hər nə bilirsən, tez elə!

Çıx çəmən seyrinə, bülbüllər ölür dərdindən,Xəstə aşiqlərinin ruhini güldür, təzələ.

Naz ilə gül, bizim ellərdə də güllər gülsün,Solsun əğyarın açılmış gülü, dönsün xəzələ.

Bu gözəl ölkə yetirmiş bu məlahətdə səni,Hər pəriçün bu səadət, bunu bil, düşməz ələ.

İnciyib məndən, eşitdim o gözəllər gözəli,Aramız, bəlkə, bu günlərdə, güman var, düzələ.

Dəli ceyran kimi naz ilə o süzgün baxışın,Vahidin şövqünü artırdı bu şirin qəzələ.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви