Əhd qıldın, gözəlim, könlümü xəndan edəsən
Əhd qıldın, gözəlim, könlümü xəndan edəsən,Lalətək bağrını biganələrin qan edəsən.
İndi də səndə gərək rəhm ola biçarələrə,Mübtəla qıldığın aşiqlərə dərman edəsən.
Unut əvvəlki vəfasızlığı, bundan sonraSən gərək ədl ilə, insaf ilə divan edəsən.
Aşiqə zülm eləyən sevgili məhparələrin,Axırın gör, niyə sən zülmdə tüğyan edəsən?
Qafil olma, gözəlim, könlüm evin yıxmaqdan!Aşina qəlbini haqsız niyə viran edəsən?
Vədeyi-vəslinə həsrət çəkən aşiq çoxdur,Əhd qıldın, gərək öz əhdinə peyman edəsən.
Nəyə lazım, gözəlim, sirrini biganə bilə,Düşmənindən gərək öz sirrini pünhan edəsən.
Razı olma, baxa ayineyi-ruxsarinə gül,Niyə hər bir yetəni hüsnünə heyran edəsən?
İddia eyləmə, Vahid, quru bir canın var,Onu da sən gərək öz yarına qurban edəsən.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-ehd-qildin-gozelim-konlumu-xendan-edesen
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Meyi-nabi oxuyur zahidi-bizövq həram,Kafərəm, almasam ol saqi əlindən gər cam.
Əcəb Məcnunam, ol zülfə əsir olduqca dilşadəm!Əcəb Məcnunam, ol zülfə əsir olduqca dilşadəm!Bütün dünya qəmindən, guyiya, bilmərrə azadəm.
Yenə vuruldu könül zülfi-yarə, öz qəmi kəmYenə vuruldu könül zülfi-yarə, öz qəmi kəm,Kəməndə düşdü bu məcnun dübarə, öz qəmi kəm.
Sevmişəm mən səni, ey şux, peşiman deyiləmSevmişəm mən səni, ey şux, peşiman deyiləm,Səndən əl çəksəm ölüncə əyər, insan deyiləm.