Razıyam, sevgilim, hər gün mənə min naz edəsən,Özgələrtək məni də lütflə dəmsaz edəsən.

Meylim artır sənə cövrün mənə olduqca füzun,Qorxuram, cövrünü lütf ilə mənə az edəsən.

Ötmə kəklik kimi min naz ilə əlvan geyinib,Bizim ətrafa da, olımazmı ki, pərvaz edəsən?

Bir özün fikr elə, insaf deyildir, gözəlim,Gizli öz sirrimizə özgəni həmraz edəsən.

Gülməsinlər bizə biganələr, ağlatma məni,Yıxdığın aşiqi olmazmı sərəfraz edəsən.

Vahid, istərsən əgər eşqdə, məşhur olasan,Sən gərək ah ilə Məcnun deyə avaz edəsən!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви