Olsa idi əsəri naleyi-əfğanımızın,Yenə bir rəhmi gələrdi bizə cananımızın.

Ağlarıq sübh açılınca gecələr kuyində,Üzü gülsün bizə, bəlkə mahi-tabanımızın.

Bizə hicran günü zülmət gecə, gündüz kimidir.Eylə rövşəndi çirağı dili-suzanımızın.

Nazənin huriliqalər bürüyüb dünyanı,Bundan artıq nəyi var rövzeyi-rizvanımızın?

Xəmi-əbrulərin oxşatdıq hilalə o məhin,Üzrü məqbul deyil aləmdə bu nöqsanımızın.

Çəkdik, əfsus, əbəs zülfü siyahlar fikrin,Səbəbi bir də budur hali-pərişanımızın.

Bu təfaxür mənə, Vahid, yetər ölsəm də əgər,Mən də bir şairiyəm Azərbaycanımızın.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви