Billahi, vəfasız demək ol şuxə cəfadır
Billahi, vəfasız demək ol şuxə cəfadır,Yüz dəfə cəfa qılsa mənə, eyni vəfadır!
Müşki-Xütən olmaz səri-zülfün kimi xoşbu,Hər kim desə çin zülfünə gər müşk, xətadır!
Mən eyləmə eşq əhlinə meyxanəni, zahid!Meyxanə mənim ruhim üçün dari-şəfadır!
Ali olan insanlara cəhd eylə, qulam ol,Şah olma, o naəhlə ki, əcdadı gədadır!
Kimdir, dedim, aşüftə qılan zülfi-siyahin?Niqtə gəlib ol şux dedi: – Badi-səbadır!
Vahid, yanacaqsan, bilirəm, nari-fəraqə,Virdin dəxi bundan sora ah ilə nəvadır.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-billahi-vefasiz-demek-ol-suxe-cefadir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Səfayi-söhbəti-cananı kim görüb, o desin!Bəlayi-möhnətü hicranı kim görüb, o desin!
Zülfi-ənbərşikəni, ol büti-şəkkərsüxəninZülfi-ənbərşikəni, ol büti-şəkkərsüxəninYarın vəfası olmasa, biganə neyləsin?
Ey könül, ahəstə get gülzarə, heç kim bilməsinEy könül, ahəstə get gülzarə, heç kim bilməsin,Gizli çıxmış seyrə ol məhparə, heç kim bilməsin.
Qoy mənə kuyində yer biganə ancaq verməsinQoy mənə kuyində yer biganə ancaq verməsin,Can sağ olsun, sevgilim, sən yaxşı ol, sağ verməsin.
Стихи других поэтов · О любви
Çatır son mənzilə ömrün karvanıƏlli il yol gəldik bu səhrada biz.
MənəGün tək parladı, çıxdı qəsrdən,Gözümə göründü mahtab mənə,
Bilməyib bu gecə bir fikri-məhal eyləmişəmBilməyib bu gecə bir fikri-məhal eyləmişəm,Arizuyi-hərəmi-bəzmi-vüsal eyləmişəm.
Səadətnamə, 35دید بابا حسن ز رنج وفاتعامیی اوفتاده در سکرات