Nə dərdi vardı könlün, nazlı yarə indi deyir,Deməzdi sirrini ol gülüzarə, indi deyir.

Çəməndə inciməyin bülbülün fəğanından,Gülündən hər nə çəkib, novbaharə indi deyir.

Vəfasız olduğunu mən demişdim ol şuxun,O vaxt mən deyəni el dübarə indi deyir.

O məhliqanın əzəldən əsiri-zülfü mənəm,Mənə rəqiblərim bəxtiqarə indi deyir.

Deyim ki, cövr eləmə, qorxuram, desin aləm;– Bu binəva qəmini zülmkarə indi deyir.

“Az iç şərabı” – dedi, dərdimi təbibə dedim,Şərab imiş, demə, hər dərdə çarə, indi deyir.

Güman ki, çoxdan o şuxun əsiridir Vahid,Çıxartmayıb hələ də aşikarə, indi deyir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви