Qətlim üçün xəncərin çəkmiş o xəm əbru gəlir,Salmağa əfsunə dil ol dilbəri-cadu gəlir.

Vəhm qıl, ey aşiqi-biçarə, canından bəsa,Qan tökən cəllad olub, ol məhvəşi-bədxu gəlir.

Atəşi-ahim göy üzrə yandırıb kövkəbləri,Dudi-ahimdən qaralmış ol siyah keysu gəlir.

Eşq bazarinə gər çəksən mətavü hüsnünü,Zümreyi-sövdagəranü mehrə yüz mehru gəlir,

Zülfünü sal boynuma, cana, yəqin etsin görən,Bənd olubdur dami-səyyad içrə bir ahu gəlir.

Gülşəni-eşqində Vahid ağlayır, vahid müdam,Ol səbəb sərvin ayağinə gözümdən su gəlir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви