Sanma cahanda əhli-vəfa məhliqaləri
Sanma cahanda əhli-vəfa məhliqaləri,Bietibar olurmuş hamı, yox vəfaləri!
Aldanmayın zəmanədə hərgiz gözəllərə,Daim edərlər aşiqə cövrü cəfaləri.
Yoxdur cahanda bir nəfər əhli-vəfa, könül,Bəs ki tutubdu aləmi boş iddiaları.
Eşqə əbəsdi qılma həvəs, ey əsiri-eşq,Çünki çəkibdi eşqdə başım bəlaləri.
Kəsmə, amandır, lütfünü aşiqdən, ey sənəm,Şahlar həmişə rəsmdir, saxlar gədaləri.
Hər mahiru gözəldə məgər beylə zülm olur?Tərk et cəfanı, tut rəvişi-binəvaləri.
Vahid, cəfayi-eşqdən ikrah qılmadın,Etdin qəbul ruzi-əzəldən bəlaləri.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-sanma-cahanda-ehli-vefa-mehliqaleri
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Artırar hüsnünü gəldikcə rüxi-dildarə xət,Necə xoş olmaz əgər ağ üzrə olsa qarə xət.
Qaşların tağı edib tağı-kəlisanı şikəstQaşların tağı edib tağı-kəlisanı şikəst,Hüsnünün məshəfi İncil ilə Quranı şikəst.
Həmişə eşqinlə eylərəm fəğan, ey dostHəmişə eşqinlə eylərəm fəğan, ey dost,Olubdur hər tərəfə göz yaşım rəvan, ey dost.
Töküb rüxsari-alına nigarım zülfi-mişkinbuTöküb rüxsari-alına nigarım zülfi-mişkinbu,Sanarsan, xətteyi-Rumi tutubdur ləşkəri-hindu.
Стихи других поэтов · О любви
Bir kəs ki, qəm düçarı ola, ağlar, ağlamaz?Ənduhu qüssə yarı ola, ağlar, ağlamaz?
Sûret-i zîbân i sanem âlem-i cân nüshasıdurSûret-i zîbân i sanem âlem-i cân nüshasıdurDeste durur gül yüzüne niçe ki gül destesidür
ای قبله عاشقان جفا کمتر کنخون در دل انتظار ما کمتر کن
Yandım eşqindən əya, güz yüzlü dildar, üştə görYandım eşqindən əya, gül yüzlü dildar, üştə gör,Sənsizin aləmdə gəzmək oldu dişvar, üştə gör.