Nazlı dilbər, bu gün gülşən seyrinə
Nazlı dilbər, bu gün gülşən seyrinə,Getdi, aparmadı üzülən məni,Möhnət ləşkərinin kirəkeşiyəm,Qoymayın qatardan üzülən məni.
Dönə-dönə dərs almışam alimdən,Dil mürğünə xallarındın alimdən,Sərü-zülfün buraxmazam alimdən,Əgərçi dişləyə üzülən məni.
Qorxuram ki, səg rəqiblər kəmalə,Gecə-gündüz fikrim budur kəmalə,Bəd əsillər çətin yetər kəmalə,Əgərçi oxuya üzilən məni
Kəs başını harda görsən ərindi,Gələməyibdi Əli kimi ərindi,Yardan ayrı cismim elə ərindi,Görsə də tanımaz üzülən məni.
Hicran ateşinə can bazarıdı,Bağrım şan-şan edən can bazarıdı.Vəsiyyət çağıdı, can bazarıdı,Zakirəm, bilməyin üzülən məni.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zakir-nazli-dilber-bu-gun-gulsen-seyrine
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Nədən azürdəsən, ruhi-rəvanım, bisəbəb məndən?Biməhdillah ki, zahir olmayıb tərki-ədəb məndən.
İbrahim bəy AzərəEy giramitər olan cismimdəki candan mənə,Bəlkə əqlü hüşü dinü iymandan mənə.
İbrahim bəy AzərəVerməsiz, bais nədir, bu pirə müddətdir dügi,Muxlisi-dirinəyə, axır nə mürvətdir, dügi,
Knyaz İlikoyaƏla, ey aftabi-bürci-müştaqi-vəfa knyaz!Əla, ey dürrü-bihəmtayi dəryayi-səxa knyaz!