Ey giramitər olan cismimdəki candan mənə,Bəlkə əqlü hüşü dinü iymandan mənə.

Bil, açan rüxsari alındır tutulmuş könlümü,Şadlıq üz verməz ol gülbərgi-xəndandan mənə.

Babanam axır sənin, ey tifli-bimehrü vəfa,Gah, gahi əl yetir dövlətli babandan mənə.

Şükr-lillah, vardır bihədd arpa, buğdamız,Leyk bir qədri dügi hər ildə al xandan mənə.

Şiddəti-sərmadə bir kürk eyləsə bəzlü bərat,Pirlikdə kargər düşməz soyuq çəndən mənə.

Dövlətindən alinin hökmü rəvaci əsrdir,Ayda bir bağlam həna yaz gəlsin ol yandan mənə.

Payımı başdan çıxıb, ayağa tapşır,saxlasın,Sibi-şirin şahbalud gər gəlsə Şirvandan, mənə.

Müxtəsər, bir neçə dəm gözlə məni sən bişü kəm,Ənqərib olmuş köç etmək mülki-dövrandan mənə.

Nəsli-İbrahim xan etmiş səni çün sərbülənd,Qalib olmuş zövqü şövqün hər iki yandan mənə.

Azərim, xoşdur yoqin şamü səhər pərvanəvəşAtəşi-mehrinlə yanmaq yüz gülüstandan mənə.

Biz idik pərvərdeyi-nanü nəmək bir dövrədə,İndi bir əngüşt verməzlər nəməkdandan mənə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов