Bir kəs ki bəhs edib gözəlim desəAğ üzündə üç mötəbər xal gərəkZərrəcə hüsnündə eyb olmayaQaşı fitnə, qəmzələri al gərək

Qəlabatun köynək zərdən tikiləGül tək cəmalından gülab çəkiləDanışanda şəhdi-zülal töküləBir dodağı şəkər, biri bal gərək

Huri-qilmandan gərəkdir soyuMələk sifətli pəridən xuyuSürahidən qəddi, minadan boyuGərdəni üstündə qara tel gərək

Məhbubin mat edə cümlə cahanınƏhli-Səfahanın, AzərbaycanınGözəllik babında yanınca anınYusif-Kənan tək neçə qul gərək

Zərnişan şəddələr çala mianəHər səhər sallanıb çıxa seyranəZabit bu dövlətə, bu xanımanaBu mal-əhvalə bir iqbal gərək

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов