Ömürlər səf edib, canlar üzməmiş,Həmdəm olmaz ey dil, oturan, sənə.Mənzili-məqsudə yetmək istəsən,Həzrəti-Musa tək oturan sənə.

Cigər yandı Hərarətdən yəx aracŞirin canın qəm oduna yəx aracZülfün alır Hindi-Çindən yəx arac,Bəndeyi-fərmandır oturan sənə.

Sən ağasan mən sənin öz gədən,Dil mürğünə verə bilməz öz gədən.Dəli könül umub-küsmə öz gədənAləm bilir odur oturan sənə.

Uca dağlar dərdim ilə yar olmaz,Bir sinəyə ox dəyməsə yar olmazƏbəs yerə cəfa çəkmə yar olmazRəqib ilə durub, oturan sənə.

Görməmişəm zülfün kimi tərlanıXəstə canım şəfa tapıb tərlanıZakir, qəsdin tutma qisə tərlanıÇəkilib bir küncə oturan sənə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви