A bimürvət, həsrətini çəkməkdənYetişmişəm cana, üzün bürümə!İllər ayrısıyıq, fürsət düşəndəÇəkilib pünhana, üzün bürümə!

Yusif kimi məni saldın azara,Təbibimsən, eylə dərdimə çara,Ya buyur cəllada, ya çəkdir dara,Ya yetir dərmana, üzün bürümə!

Yazıq Ələsgərəm, mən sana qurban,Xəstəyəm, dərdimə gəl eylə dərman.Sən mələkzadasan, ay huri, qılman,Gəlmişəm qurbana, üzün bürümə!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов