Yazıq aşıq, vermə ömrünü zaya,Qədirbilən can bu yerdə tapılmaz.Kişidə abır yox, arvadda – həya,Nə ədalət xan bu yerdə tapılmaz.

Çarxı-fələk məni saldı kəməndə,Bunların oduna düşmüşəm mən də.Adları bəndədi, özü şərməndə,Əsil müsəlman bu yerdə tapılmaz.

Bu gün tapıb, azdan-çoxdan alırlar,Sabahı günün qayğısına qalırlar.Qırıq-quruq, fətir-fütür salırlar,Ac doyuran nan bu yerdə tapılmaz.

İki məlakə var, asılıb dardan,Sovm-səlat saqit olub bunlardan.Xeyir məlakəsi qalıb sərgərdan,Savabı-ehsan bu yerdə tapılmaz.

Bica işdi mən bu sözü deməyim,Ölübdü sərdarım, tutulub bəyim.Ağ otağım, əlvan yorğan-döşəyim,O şövkətü şan bu yerdə tapılmaz.

Ələsgər, viranda xəstə düşğünən,Eyham anla, sözün üstə düşgünən.Şahi-Xorasana bəstə düşgünən,Dərdinə dərman bu yerdə tapılmaz.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов