Tərlan tamaşalı, maral baxışlı,Qədəm qoyub asta-asta, xoş gəldin!Yolun sadağası can ilə başdı,Qurban sənin kimi dosta, xoş gəldin!

Biz ki, ilqar keçirmişik aradan,Amin desən, tez düzəldər yaradan,Könlüm yasdan çıxdı, qəlbim qaradan,Gülə-gülə bu həvəsdə, xoş gəldin!

Gözəllər sultanı, ay mələkzadə,Özün kimi gözəl yoxdu dünyada,Sən ki Ələsgəri salıbsan yada,O səbəbdən gözüm üstə, xoş gəldin!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов