Hərcayının, dilbilməzin ucundanDönə-dönə nə ziyana düşmüşəm.Doymaq olmaz gözəllərin boyundan,Pərvanə tək yana-yana düşmüşəm.

Dövlətim çox oldu, qıymadım pula,Kor oldu gözlərim, yapışdım dula.Nə ölür, nə itir, canım qurtula,Məcnun kimi biyabana düşmüşəm.

Ələsgərəm, incimişəm yarımdan,Aləm yatmaz mənim ahü zarımdan.Boşasam, qorxuram oğlanlarımdan,Boşaya bilmirəm, qana düşmüşəm.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов