Bilsən, gözəlim, sən nə qədər sevgili cansan!
Bilsən, gözəlim, sən nə qədər sevgili cansan!Zülm eyləmə, qoy söyləməsinlər, can alansan.
Soldurma o gül çöhrəni, aldanma rəqibə,Öz qədrini, bil ki, nə qədər indi cavansan.
Əğyarə inanma, gözəlim, qorxuram ondan,Çox sadəsən, hər söz ki, deyirlər, inanansan.
Güldən də, çiçəkdən də, günəşdən də gözəlsən,Sən baği-məlahət yetirən sərvi-rəvansan!
Gördüm, yenə min naz ilə biganəyə baxdın,Çox şübhəyə saldın məni, bildim nigəransan.
Gör bir nə gözəllikdə yetirmiş səni tale,Həsrət çəkir aləm sənə, məşhuri-cahansan.
Vahid, bu qədər səndə ki, var eşq-məhəbbət,Dünya qocalıb getsə, çətin sən qocalansan.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-bilsen-gozelim-sen-ne-qeder-sevgili-cansan
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Tazə şəhərdən Qəyyur əyyar əfəndiyə oxşatma*Arifin hər işi dünyada fənadır, görürəm,
XaliMehri-ünqasını qıl, kuhi-vəfadən xali,Kəbəyi-məqsədin et, səyü səfadən xali.
NədarəmAsudə mənəm ki, xər nədarəm,Əz abü ələf xəbər nədarəm.
Quba meydanıÇıxdı səd heyf, əlimizdən ol ədalət kani,O juliklər yatağı, köhnə Quba meydani.
Стихи других поэтов · О любви
Там, где любви напрасно сердце ждет,Оно увянет, сгинет, пропадет.
دلم جز تو آهنگ یاری نکردبه غیر از تو میل کناری نکرد
Nəfəs: Ölməzdən əvvəl öldülərÖlməzdən əvvəl öldülərHaqq yolunun aşiqləri
QızlarBir bölük sona tək göllər üstündəDüzülüb dönübdür durnaya qızlar.