Ey qönçədəhən, naz eləmə, evmi yıxarsan!
Ey qönçədəhən, naz eləmə, evmi yıxarsan!Əndami-lətifin günə vermə, soluxarsan.
Cövr etmək ilə aşiqi-bikəslərə, zalim,Fikr eyləmə ki, axiri bir yanə çıxarsan!
Qoyma, gülüm, əğyarı ola vəslinə məhrəm,Nazikdir o incə bədənin, tez sınıxarsan.
Bir yol bizim ətrafə də hərlən, güzər eylə,Yalqız, gözəlim, evdə oturma, darıxarsan.
Qan oldumu, ol gül üzünü istədim öpmək?Nazikdi dedin, qəlbimi incitmə, sıxarsan.
Vahid, düşün, öz qədrini, çox olma meyalud,Axır rəhi-meyxanədə bir gün buyuxarsan.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-ey-qoncedehen-naz-eleme-evmi-yixarsan
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Səni mən, ey büti-məhru, özümə aşina derdim,Xəyali-xam edib, cana, səni əhli-vəfa derdim.
Verməzdim əgər könlümü ol yarə, biləydimVerməzdim əgər könlümü ol yarə, biləydim,Yar olmayacaqmış məni-naçarə, biləydim.
Sənin gözəlliyinin mübtəlasıyam, gözəlim!Sənin gözəlliyinin mübtəlasıyam, gözəlim!O qarə gözlərinin can fədasıyam, gözəlim!
Xublar söhbəti üşşaqə cəfamış, nə bilim!Xublar söhbəti üşşaqə cəfamış, nə bilim!Ülfət etmək bu gözəllərlə xətamış, nə bilim!
Стихи других поэтов
این عجب نبود که در بازار بینم ماه را
Ey gül, səni bilməm necə ustad çəkibdirEy gül, səni bilməm necə ustad çəkibdir,Nəqqaş-i əzəl sünin edib yad çəkibdir.
Ey qorçubaşı, ey sitəm əhlinə pişvaEy qorçubaşı, ey sitəm əhlinə pişva,Şahın qulu olan sözinə bipir gərək.
Bənim tanrımHər qulun cihanda bir pənahı var,Hər əhli-halın bir qibləgahı var,