Ey tökən naz ilə qanım, həzər et qanimdən,Tökmə qanımı, sakın ah ilə əfqanimdən.

Tiri-əbrulərinə aşiqi-biçarə fəda,Mən rəhi-eşqdə, cana, keçənəm canimdən.

Çünki amadə durub qətlimə ol tiri-müjən,Yoxdu qorxum, dəyə gər çaki-giribanimdən.

Gün camalındı salan rövşəni bu dünyayə,Ya ki, ahimdi çıxan sineyi-suzanimdən.

Bilməz ovsafini vaiz, nə qədər vəsf eləsə,Əhli-hal olsa, bilər qəlbi-pərişanimdən.

Dilbəra, Vahidi-nalanı vüsalə yetirib,Xovf qıl siğeyi-suzan dili-büryanimdən.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви