Salıbdı fitnə iki gözlərin cəhanə yenə
Vaqif
Salıbdı fitnə iki gözlərin cəhanə yenə,
Dəyibdi bir-birinə mərdümi-zəmanə yenə.
Vahid
Güman ki, xar ilə gül kəsməmişdir ülfətini,
Çəməndə bülbüli-şeyda gəlir fəğanə yenə.
Seyid Zərgər
Xəyalı var o qara gözlərin ki, naz oxuna,
Kaman qaşınla edə sinəmi nişanə yenə.
Vahid
Nə müddət idi, sənin həsrəti-cəmalın idim,
Edibdi zülfünü dil mürği aşiyanə yenə.
Seyid Zərgər
Tərəhhüm eylə, əya, mahi-cəhrə, sal yadə,
Gəlibdir aşiqi-dilxəstə ələmanə yenə.
Vahid
Təvafi-Kəbəyi-kuyin xuda nəsib eləsin,
Ki, bir də üz qoyum ol xaki-asitanə yenə.
Fəraqın atəşinə könlümü düçar elədin,
Xəyali-vəslin ilə dil dönübdü qanə yenə.
Əgərçi kəc baxasan bir nigahi-tünd ilə,
Qəsəm o caninə, aşiq gəlir fəğanə yenə.
Vəfalı olduğumu yüz yol imtəhan etdin,
İnanmasan, gözəlim, gəl çək imtəhanə yenə.
Vüsali-dilbərə, Vahid, yetərdi bir dəm əlim,
Düzəldə bilsə idim əldə bir bəhanə yenə.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-salibdi-fitne-iki-gozlerin-cehane-yene
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Məqsəd üzündür, aşiqə cənnət bəhanədir,Ləlin yanında çeşmeyi-kövsər fəsanədir.
O can alan nə bilir, aşiqin pənahı nədir?O can alan nə bilir, aşiqin pənahı nədir?Ona bu hüsnü verən qüdrəti-ilahı nədir?
Naz edir bülbülə gül bir belə – mənası nədir?Naz edir bülbülə gül bir belə – mənası nədir?Bülbülün bəs gülü sevməkdə təmənnası nədir?
Qəm çəkmə, bülbülüm, güli-xəndan bizimkidirQəm çəkmə, bülbülüm, güli-xəndan bizimkidir,Gəldi bahar fəsli, gülüstan bizimkidir!
Стихи других поэтов · О любви
Gülzar Xotəndir dövreyi-zülfün,Çərayə durubdur ahu gözlərin,
Gəraylı: Fələk, sənə nə adətdirFələk, sənə nə adətdir,Ayrılmaq yarı yarından,
Eşitdim ki, yazıb FitrətEşitdim ki, yazıb Fitrət təzə bir şeri-nab indi¹,Cavan şairlərə söylər ki, versinlər cavab indi.
Həqiqi bir xəyal, yaxud bir lövheyi-cəmalEy kainati-fikrətimin şəmsparəsi,Bilməm üful qıldımı bəxtim sitarəsi?