Günahım olsa da, çox razıyam ilahimdən,Keçər, ümid edirəm, aqibət günahimdən.

Cahanda səhvü xəta etməyən görək kimdir?Mənim də qorxum olar nameyi-siyahimdən.

Yaman günümdə pənahim vəfalı dilbərdir,Necə ümid əlimi mən üzüm pənahimdən?!

Vüsalə rəğbətim artır çəkəndə hicr qəmin,Xilasi-yol dilərəm öz ümidgahimdən.

Gülüzlülər mən ölərkən məzarə qoysa məni,Məhəbbət ətri duyarlar gülü giyahimdən.

Qəmin ki hicri-günü-dadxahim oldu mənim,Ölüncə razılığım var o dadi-xahimdən.

Könüldə sevgilimi gizli saxladım, Vahid,Bu sirri bildi bütün xəlq əşkü ahimdən.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви