Səni mən, ey büti-məhru, özümə aşina derdim,Xəyali-xam edib, cana, səni əhli-vəfa derdim.

Dolanırdım səri-kuyində, billah, zarü dilxəstə,Sənin ol xaki-payindən özümə mən şəfa derdim.

Nə rəhmin var, nə insafın, məni bu qədər incitdin,O şirin ləblərin şəhdin bu dərdimə dəva derdim.

Səni mən rəhmi-dil sandım, ədu oldun məni-zarə,Ədu olmaqlığın, cana, həmişə bərməla derdim.

Kəməndə ol qara zülfün salıbdır Vahidi-zari,Cahanda tirəbəxt olmağımı kari-qəza derdim.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви