Çıxıbdı
Ay həzərat, gəlin sizə söyləyim,Bu dünyanın xəyanatı çıxıbdı.Insaflar azalıb, mürvət gödəlib,Qazıların mazarratı çıxıbdı.
Əlimizi aparıbdı sərt ayaz,Ruzumuz olubdu gündən-günə az.Molla şeytan olub, axund şeyitbaz,Məşədi, kalvayı lotu çıxıbdı.
Qoçular, quldurlar qatar taxırlar,Fəqir-füqəraya yan-yan baxırlar,Kimi istəsələr vurub yıxırlar,Beşatanın çataçatı çıxıbdı.
Pristav, naçalnik gələndə kəndə,Obanı, oymağı vururlar bəndə.Xərc üstə çoxları düşüb kəməndə,Qamçıda belinin qatı çıxıbdı.
Gəzirlər havalı ağalar, bəylər,Çalışır qan-tərdə naxırçı, nökər.Müxtəsərin deyir Aşıq Ələsgər,Kovxanın, kattanın zatı çıxıbdı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elesger-cixibdi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
İki mələk xəttat xəttin yazanda,Adın müshəfdə yazmış Yasinə,
Həcv: Qayıtdın Kəbədən, Hacı, unutdun din və imanıQayıtdın Kəbədən, Hacı, unutdun din və imanı,Buraxdın şahidi-üqbanı, tutdun xeyri-dünyanı
QızlarBir bölük sona tək göllər üstündəDüzülüb dönübdür durnaya qızlar.
SevgilimŞəhla gözlərini gördüyüm zamanDedim, gül üstünə bir jalə düşmüş.