Olmaz
Arif məclisində bir söz söylərəm,Nə hədyan, nə çaşqın, nə qələt olmaz.Nütfədən pak olan, loğmadan halal,Mərifət elminə nabələd olmaz.
Bir söz söyləyərəm, ariflər qanar,Müxənnətlər etdiyindən utanar.Varlıqda dost olma, yoxluqda kənar,“İyidəm” deyəndə bu adət olmaz.
O dünyanı, bu dünyanı gözləyən,Həm savabı, həm üsyanı gözləyən,Namus qədri bilib, nanı gözləyən,İnşallah, heç yerdə xəcalət olmaz.
Bir şəxsin sənəti istəmək ola,Səxavət eyləməz, Hatəm Tey ola.Dövlət tapa, gədalıqdan bəy ola,Başı ərşə çıxsa, ədalət olmaz.
Ələsgər, mətləbin Xudadan istə,Kərəm olmaz müxənnəsdə, xəsisdə.Bəylik, göylük, səylik olan məclisdə,Qaç ki, orda xeyir-bərəkət olmaz.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elesger-olmaz-2
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О мудрости
Dərdimə dərman qılan ol gözləri şəhla imiş,Qaşlarıdır kabə qövseyn zülfi ev əbna imiş.
Bayram olduНаступил байрам. Как нам быть теперь?Ведь у нас муки ни чувала нет,
Qəzəl: Zəxmi-tiğin xalqdan biyhudə yaşırmış könülZəxmi-tiğin xalqdan biyhudə yaşırmış könül,Mümkün olmaz etməyə ol qönçə sirabi gül
Ancə sənsiz ağlardım, ey baği-cənnət laləsiAncə sənsiz ağlardım, ey baği-cənnət laləsiKim, düşər hər yan gözümdən uş cigər pərkaləsi.