İki bədən gördüm, altmış başı var,Müttəsildi onda qeyri sirr olur.İki uruh gərdiş vurub dolanır,Gahdan iki olur, gahdan bir olur.

Birisi sultandı, gəzir taxt üstə,Biri gah sağ olur, gah zaman xəstə.Qocaldıqca olur təzə, novrəstə,Cavanlıqda qoca olur, pir olur.

Yüz səksən qolu var, oynar ab ilə,Üç yüz qulağı var, san-hesab ilə.Beş kəlmə danışır afitab ilə,Kəlməsində gövhər olur, dürr olur.

Oxudum, yetişdim mən bu hesaba,Niyyəti ayrıdı, mənzili Kəbə.On min qırx yol sərin qoyur turaba,“Mu” kəlməsi Rəbbi ilə bir olur.

Aşıq Ələsgər bu hesaba yetişdi,Onu cəm eyləyən bir dənə quşdu.Gahdan bəzirgandı, gahdan dərvişdi,Gah padişah olur, gah vəzir olur.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов