Altı gündə dünya neçə don geydi,Nə üstə əyləşdi, bərqərar oldu?Əvvəli kim oldu ərşin bənnası?Ulduzlar nə təhər yerbəyer oldu?

Neçə idi müqərrəbin mələyi?Onların içində hansıydı bəyi?Canlıdı, cansızdı ərşin dirəyi?Nə ilə çalındı, mötəbər oldu?

Ələsgər əl çəkməz etiqadından,Yerdə xəbər verir göy büsatından.Haqq ilə peyğəmbər əhvalatındanİslamam deyənə nə xəbər oldu?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви