Bir adamsan, bir adama namə yaz,Mahalı incidib, eldən danışma!Ara qarışdırma, ay səmi diraz!Kar çıxmaz qovğadan, qaldan danışma!

Göyçənin qonağa çoxdu hörməti;Qaysava, qayğanaq verir ləzzəti,Plov, dolma, kabab, əmliyin əti…İnsaf elə, tək motaldan danışma!

Kalman çarıq bizə adəti-nasdı,Müsəlmana "persoy" deyən xənnasdı.Ulağın eşşəkdi, yükün girbasdı,Əbrü ətlaz, tirmə, şaldan danışma!

Əgər şairsənsə, gəl, eyləyək bəhs,Bir sözünə min söz deyim dəsbədəs.Himarın dümbündə lağəri-məgəs,"Zənbur mənəm", – deyib, baldan danışma!

Neçə aşıq qaçırmışam meydandan,İstəsən, birbəbir keçirim sandan.Gəmirib kəngərdən, içib ayrandan,Coşub, kərgədandan, fildən danışma!

Adım Ələsgərdi, mərdü-mərdanaOn iki şəyirdim işlər hər yana.Tülküsən, aslanla girmə meydana,Danasan, sürtünüb, kaldan danışma!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов