Ha bular, bular
Səba dost zülfünə şanə çəkəndə,Yayılar gərdənə ha bular, bular.Hər kim ki, sidq ilə dilək diləsə,Əlbəttə, mətləbin ha bular, bular.
Sərrafın dəstində nə dana – dedim,Könül, can quşuna nə dana – dedim.Dərdimi dərdbilməz, nadana dedim,Anlamaz, başını ha bular, bular.
Ələsgərəm, məskənimdi o diyar,Al xəncəri, bağrım başın, odu, yar!Evdən çıxdı yalın qılınc, odu yar,Bilirəm, qanıma ha bular, bular.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elesger-ha-bular-bular
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Eşidin, məclisdə arif olanlar,Sərrafam, gövhərim, kanım gedibdi.
Getmə göz önündən, ay Şəkər xanımGetmə göz önündən, ay Şəkər xanım,Könül mayıl olub o qələm qaşa.
Getmə, amandıGözəllər sultanı, mələklər şahı,Alagöz cananım, getmə, amandı!
GəlibdiAllahverdi neylər dünya malını,Vəsf edər Göyçəni – öz mahalını,
Стихи других поэтов · О любви
Ey rəhmli canan, elemə ülfəte adət,Nazınla vüqarın verər ətvarına zinət,
Muxəmməs (Nəsimiyə nəzirə)Sənə ey sərvi-səmənbər dedilər gerçəkmişLəbinə qəndi-mükərrər dedilər gerçəkmiş
A narın-narınDil, zikr elə, nə şirindir yar adı,Qayin cinmi gəlir, a narın-narın.
Bir kəs ki, qəm düçarı ola, ağlar, ağlamazBir kəs ki, qəm düçarı ola, ağlar, ağlamaz?Ənduhu qüssə yarı ola, ağlar, ağlamaz?