Türklər
Ol qoçaq iranlılar,Ol igit osmanlılar,Qılınclan qanlılar,Səhrası heyvanlılar,Milləti nadanlılar,Qırmızı fəsli türklər,Qara qotazlı türkler,Yekə ip papaqlılar,Cübbəsi büzməlilərAləme səs saldılar,Məşrutəni aldılar.Bir-birini çaldılar,Qınlıb azaldılar,Uzanıb ucaldılar,Rüstəmdilər, Zaldılar,Qırmızı fəsli türklər,Qara qotazlı türklər,Yekə ip papaqlılar,Geyməsi büzməlilər.İstanbulda bir arvadÜzündən atıb çarqat,Polis görcək qalıb mat,Deyib: ay alçaq, bədzat,Üzə niqabını at.Arvadlar üçün heyhatVerə bilməz müsavatQırmızı fəsli türklər,Qara qotazlı türklər,Yekə ip papaqlılar,Geyməsi büzməlilər.Məşrutə mərdan üçünVerildi oğlan üçün,Nəinki nisvan üçün,Molla və bəy-xan üçün!Nəinki dehqan üçün,Bir neçə nadan üçün!Qırmızı fəsli türklər,Qara qotazlı türklər,Yekə ip papaqlılar,Geyməsi büzmə tatlar.Hərçənd bu dünyada,Hətta ki, AvstriyadaMüsəvat var arada,Həm kişi, həm arvadaEylə olmaz burada,Arvad matəmsəradə.Qırmızı fəsli türklər,Qara qotazlı türklər,Yekə papaqlı tatlar,Başı çanaqlı tatlar.Deyir: osmanlı, həm tatHürriyyətü müsavat,Hüquqü ixtiyarat,Aıvadlan kənar at,Bunlar kişi üçündür,Verə bilmərik heyhat..Qırmızı fəsli türklər,Qara qotazlı türklər,Yekə papaqlı tatlar,Çox qanacaqlı tatlar.Arvad məgər insandır?Üzü yoluq heyvandır,Saçı uzun bir candır,Ağlı gödək, nadandır,Arvad yeri zindandır,Di gəl bunlara qandır!Qırmızı fəsli türklər,Qara qotazh türklər,Yekə papaqlı tatlar,Kirli, pasaqlı tatlar.
Kitabxana.az · https://kitabxana.az/ru/works/eli-razi-semcizade-turkler
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Baş qoyub dərgahına pabusdən etdi mültəməs,Bən gədayi gör ki, taci-səltənət qıldım həvəs.
LənətAy həzarat, el çaxnaşdı, qan düşdü,Xain mərdimazar atana lənət.
AğlaramÇərx fələk çəkdin qəza qılıncınƏyyamımı siyah etdin ağlaram
Təcnis: Badi-səhər bir gözələ tuş oldumBadi-səhər bir gözələ tuş oldumOndan mənə dəydi aya sərandı