Lənət
Ay həzarat, el çaxnaşdı, qan düşdü,Xain mərdimazar atana lənət.Göyçə yesir oldu, dalda baxanda,Fağırlar qanına batana lənət.
Kəsib dar bəreni deyirlər, dayan,Hayes, Türkes, Ermənisən, Müsəlman,Arifsənsə mənasını anla, qan,Gizlində min əməl tutana lənət.
Obalara yaman baxdı pund ili,Doğru danışanın kəsildi dili,Malağan, Oazaklar işlətdi feli",Tüfəngi budağa satana lənət.
Hüseyn görməmişdi bu zülüm billah,Dağlar qan ağlar hər axşam, sabah,Ermənidə, müsəlmanda nə günah,Pünhan aralığı qatana lənət.
Kitabxana.az · https://kitabxana.az/ru/works/asiq-huseyn-bozalqanli-lenet
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О мудрости
Bir ağlamaq sədası gəldi guşuma,Aman ana, dur gör ağlayan kimdi,
Yoxdu mən tək sevgidə bir kəs ki püriqrar olaYoxdu mən tək sevgidə bir kəs ki püriqrar ola,Sevilə həm də sevə zahirdə leyk biyar ola.
SəniAşıq Alı, nə sevdaya düşmüsən,Bir gözəl salıbdı azara səni.
Gəraylı: Səhər çağı ötən bülbülSəhər çağı ötən bülbülSən ağlama mən ağlaram