Ay ana, ana
Qarlı dağlar gəldi düşdü araya,Qalmışam qürbətdə ay ana, ana!Təbib yoxdu, dərman edə yaraya,Sızıldaşır yaram a yana-yana.
Mən qurban eylərəm yara canımıGötürüb doğraya, yara canımı.Alıb təpə-dırnaq yara canımı,Bilmirəm dərmanı ay ana, ana.
Geyibdir qəddinə yar alacanı,At müjgan oxunu, yarala canı.İstər Ələsgərdən yar ala canı,Tökəndə zülflərin a yana, yana.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elesger-ay-ana-ana
Клавиши ← → для перехода, R — случайное стихотворение