Ayağa qarqar
Var olsun Qarabağ, əcəb səfadı,Başa Xaçın axar, ayağa – Qarqar.Göyçə qar əlindən zara gəlibdi,Muğan həsrət çəkər: a yağa qar, qar…
Ahən gəzər, səngə verər mər dana,Mərd oğulun qəhrin çəkər mərd ana.Mərd iyid meydanda durar mərdana,Müxənnət yapışar ayağa, Qarqar.
Ələsgəri çəkməginən ala sən,Geyinibsən, yar, qəddinə ala sən.Lazımdı ki, qərib könlün alasan,İncidərsən, sana, ay ağa, Qarqar.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elesger-ayaga-qarqar
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О разлуке
Nə yazsam sevgidən yazır,Qələm, sənin xatirinə.
Nigara eşqüñüñ fəryad əlindənNigara eşqüñüñ fəryad əlindənKi qalmaz hicrüñüñ azad əlindən
GüzərŞəkərsən, şəhdsən, şəkər xasən sən,Sənin yekağından lalə-zar güzər.
Duşizeyi-hürriyyətəDüxtəri-napakdamən sanmayın hürriyyəti,Hərkəs olmaz rahyabi-həcləgahi-vüsləti.