Qohum bildik, qoyduq adam yerinə,Xələt verdik, gəl Bəşirin toyuna,Gədadan bəy olmaz, nakəsdən iyid,Lənət müxənnətin əsli-soyuna.

Müxənnətlər vədə verdi, gəlmədi,Qəza qəhr eylədi, iş düzəlmədi.Bic sövdəgər xırda heyvan almadı,Öküz getdi, cöngə getmir boyuna.

Ağıllılar belə qoydu şurutu:Pulu bacarmayan göndərsin çiti.Xaloğlu Qəfərdi gəllədar iti,Kem salın başına, getsin qoyuna.

Sən niyə gəlmədin, bic Imamalı?!Dağıtdın ölkəni, yıxdın mahalı,Səni də aldatdı dünyanın malı,Zərər Qələndərin pencər payına.

Qara Cəfər irəşbərdi, ustadı,Çıxıbdı hər yerdə söylənir adı,Kasıbdı, məzlumdu, yoxdu bir zadı,Hayıf zəhmətinə, haqq-sayına.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов

Çox etmə qaş-göz ilə, sevgilim, işarə mənə

Çox etmə qaş-göz ilə, sevgilim, işarə mənə,Ürəkdə hər nə sözün var, de aşikarə mənə.

Алиага Вахид1 мин
Tarixi-Cədidi Qarabağ

MİRZƏ RƏHİM FƏNAMirzə Rəhim Fəna (1841-1929) Azərbaycanın tanınmış şairi və ictimai xadimlərindən biridir. Xan qızı adı ilə məşhur olan Xurşidbanu Natəvanın yanında xidmət etmişdir. 1864-cü ildə Mirzə Rəhim Fənanın təşəbbüsü ilə Şuşada "Məclisi-üns" ədəbi məclisi yaradılmışdır. Sonralar da o, məclisin rəhbərlərindən biri olmuşdur. "Məclisi-üns" haqqında dəyərli xatirələri ikicildlik "Azərbaycan ədəbiyyatı" əsərində əlavə şəklində çap edilmişdir. Şeirlərindən nümunələr inqilabdan əvvəlki dövri mətbuatda: "Təzkireyinəvvab", "Riyazül aşiqeyn" əsərlərində çap olunmuşdur. Tarixə və ədəbiyyata geniş marağı olan Mirzə Rəhim Fənanın "Tarixi-cədidi Qarabağ" əsərindən yalnız bəzi fraqmentlər mühafizə edilmişdir ki, oxuculara təqdim olunur. Əsərin ərəb əlifbasından transliteriyasını Arif Ramazanov etmişdir.

Мирза Рагим Фена5 мин
Gəl, ey dili-bimarimə olan təbib, ölürəm

Gel, ey dili-bimarimə olan təbib, ölürəm,Vüsali-bəzmi mənə olmayan nəsib, ölürəm.

Мирза Алескер НовресГазель1 мин
Fuad paşanın mədhində

Hər tərəfdən əhli-islamə bu gün təbşirdir.Kim Suleyman şahə Asəfvəş vəzirü mirdir.

Мирза Фатали Ахундзаде1 мин