Uzaq vilayətdən qız sevən oğlan
Uzaq vilayətdən qız sevən oğlan,Yaxın qonşusundan soruş halını.Bir kəlmə qulluğa buyurmaq olmaz,Tanrı qırsın qız doğanın belini!
Altı aydı, düşüb bir çuxa bəhsi,Üç aydan bir gəlmir cəhrənin səsi,Paslanıbdı iyi, çıxmır düyçəsi,Küllüklərdə gəzir corab milini.
İşə buyuranda, "naxoşam" deyir,Öynədə bir bayda* doğrama yeyir,Qonşuyla dalaşır, uşağı döyür,Kəsən yoxdu bu zalımın dilini.
Axşamdan yıxılır, çeştədək yatır,Həftədə xanaya bir arğac atır,Gün batan çağında balatı qatır,Çırmamır qolunu, yumur əlini.
Ələsgər sözünü deyər üzünə,Güllə dəysin pis övladın gözünə.Zibil çıxıb uşaqların dizinə,On beş fəhlə təmizləməz külünü.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elesger-uzaq-vilayetden-qiz-seven-oglan
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
"Əlif"in hökmüylə, "cim" fərmanıylaAra kəlmə-kəlmə, dağıt "əmmə"ni.
Dal dalaGözəllər sultanı, mələklər şahı,Şahmar zülfün nə tökübsən dal dala!
De bir üz, bir üzSəndən ötrü ömrüm barın becərdim,Mübarək dəstinlə de bir üz, bir üz!
Ha bular, bularSəba dost zülfünə şanə çəkəndə,Yayılar gərdənə ha bular, bular.
Стихи других поэтов
Babat babat yüz min mənim dərdim var,Kimə deyəm yana yana dərdimi
Yeriməz salik olan rahi-rizadən qeyriYeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.
Ölməkmi, yaşamaqmı?Bir an susmaq sərin torpaq altında,Qurtulmaq bu ağır, sonsuz zillətdən.
Qarabağlı Mehdi bəyə yazdığı müfəssəl həcvdən bir neçə parçaBunca kar idi saldın arəyə sağ olmaQoşulub hər dəliyə sən dəxi sərsağ olma