Şair Nağı
Qarışdırma Şəmşəddini, Göyçəni,Kəndindən kəndimə yaz, Şair Nağı!Hərca dilin salar bəlaya səni,Çox da bilsən, danış az, Şair Nağı!
Arvadlar ki əlin vurar qalağa,Yuyarlar, gün vurar, çıxardar sağa.Xub yaraşır sənin kimi ulağa:Noxta, torba, palan, biz, Şair Nağı!
Bir ocaqdı, hədyan demə təndirə,Dədən çox yeyibdi, söymə pendirə.Qəza vurdu, başın keçdi kəndirə,Sağlıqdan ümidin üz, Şair Nağı!
Göyərib gicitkən, baş verib çaşır,Doldur dağarcığı, Göyçəyə aşır.Elə billəm, qoca çaqqal ulaşır,Olsa sənin kimi yüz Şair Nağı!
Şəmşəddin iyiddi, aləmdə məşhur,Aldədədə olur möcüzat zühur.Əl çəkmərəm səndən dəm olunca sur,Vaxt ikən qəbrini qaz, Şair Nağı!
Kitabxana.az · https://kitabxana.az/ru/works/elesger-sair-nagi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Başdan ki xəyali-kəcrəv kakilə düşdüm,Təng oldu ara yerdə işim, müşkilə düşdüm
DünyadaVarlıya dost olub,kasıba gülmə,Çox da havalanıb,coşma dünyada.
Qarğa və tülküPendir ağzında bir qara qarğaUçaraq qondu bir uca budağa.
YamandıHeç kimsə düşməsin yar sevdasına,Kimsə dözməz belə dərdə, yamandı.