Pendir ağzında bir qara qarğaUçaraq qondu bir uca budağa.

Tülkü görcək yavaş-yavaş gəldi,Endirib baş ədəblə, çömbəldi.

Bir zaman həsrət ilə qarğa sarıAltdan-altdan marıtdı baş yuxarı.

Dedi: "Əhsən sənə, a qarğa ağa!Nə nəzakətlə qonmusan budağa!

Bəzədin sən bu gün bizim çəməni,Şad qıldın bu gəlməyinlə məni.

Nə gözəlsən, nə xoşliqasən sən,Yeri var, söyləsəm — hümasən sən.

Tüklərindir ipək kimi parlaq,Bədnəzərdən vücudun olsun iraq!

Bu yəqindir ki, var sevimli səsin,Oxu, versin mənə şəfa nəfəsin!"

Böylə sözdən fərəhlənib qarğaAğzını açdı ta ki, etsin "ğa".

"Ğa" edərkən hənüz bircə kərəPendiri dimdiyindən endi yerə.

Tülkü fövrən havada qapdı, yedi,Qarğaya tənə ilə böylə dedi:

"Olmasaydı cahanda sarsaqlar,Ac qalardı, yəqin ki, yaltaqlar".

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · Сатира