Baxtım tərəqqidə, işim tənəzzül,İki sifət bir iqbala sığışmaz.Şəriəti anla, mərifəti bil,Şərü böhtan doğru yola sığışmaz.

Nadansan, qanmırsan xeyir-şərini,Tərsə oxuyaram xoş dəftərini.Tanı adamını, bil müştərini,Qarğı mizraq qıl çuvala sığışmaz.

Ələsgərə satma bu ərkinazı,Heç kəs olmaz belə işdən irazı.Tökərəm hörməti, götürrəm sazı,Şişər başın, bu mahala sığışmaz.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов