Başdan ki xəyali-kəcrəv kakilə düşdüm,Təng oldu ara yerdə işim, müşkilə düşdüm

Hər bəzmə ki basdım ayaq, əftadəlik etdim,Peymanə kimi dəstinə əldən ələ düşdüm

Xali-siyəh etmiş məni avarə vətəndən,Bir dənə üçün quş kimi eldən elə düşdüm

Qüdsilər ilə aləmi-əqdəsdə gəzərkən,Yarəb, neyləmişdim ki bu abü gilə düşdüm

Hər su özümü şövqilə kim mövc tək atdım,Bi gövhəri-məqsud gənə sahilə düşdüm

Qürbətdə, rahi-səydə, əsbabi-həsrətlə,Asudəliyim olmadı, hər mənzilə düşdüm

Gər misli-hübab özgə həva başıma düşdü,Bir dəmdə evim tikdim, yıxdım, yola düşdüm

Yüz görmədim əzbəskə Nişat əhli-vətəndən,Bu vəchlədir, baş alıbən, yad ilə düşdüm

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке