Bu gün
Aləmin padişahı,Gəl yetiş imdada bu gün;Naqafıl qarşımızaÇıxdı mələkzadə bu gün;Göz gördü gül çamalın,Könül içdi bada bu gün;Can cəsəddən ayrılır,Gedir bu sevdada bu gün,
Ovçuyam görməmişəmBelə bir sərxoş maralı;Tögülüb şahmar zülfü,Bürüyübdü qəddi-dalı;Hüsndə Züleyxa tək,Loğmana bənzər kamalı;Solmasın gül irəngi,Pozulmasın bu çalalı;Mələklər də «amin» desinƏrşi-müəllada bu gün.
Ələsgərəm, mən deyirdim,Pərvana əfsana yanır;Eşqdən bir od düşübCismimə, mərdana yanırDeyirəm, danışıram,Dönürəm hər yana, yanır;Ürəyim bir Kərəmə,Bir Şeyx Sən'ana yanır;Qəlbdən yas tuturamMəçnuna, Fərhada bu gün.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elesger-bu-gun
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Adam oğlu, yol ərkanın tanı bir,Yol ərkan bilənin yeri dar olmaz,
TəlayədirƏhli-zamanə səy həmişə təlayədirTə'miri-mülk ü zinəti-qəsr ü sərayədir
YaxşıdıBir adam ki, sənlə ülfət eyləsə,Yəqin onun əsil-zatı yaxşıdı.
MiçəkQurdum hər cür torumu, vermədi fayda miçəkə,Sataşır gündə gözüm xörəkdə, çayda miçəkə,