Neyləsin
Deyirsən ki: “Mən neyləyim?O Məcnundu, mən Leyliyəm”!Yazıq Kərəm gözündə qəmOdda bişəndə neyləsin?
Düşünməmiş vermə sual,Dərd var görsən olarsan lal.Bəxti gətirməyən maralPələng dişində neyləsin?
Qorx ki, haqq-nahaq yazıla,İşin tərsinə yozula.Haqqı axtaran yazıqlaŞər görüşəndə neyləsin?
Tüstüsüz qalmış bacalar,Qardaşı itkin bacılar,Yuxusu qaçmış qocalarAxşam düşəndə neyləsin?
Kitabxana.az · https://kitabxana.az/ru/works/fikret-qoca-neylesin
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О божественной любви
Xudaya, mən düşən dərdə sən əğyarı giriftar et,Mənim tək yar yanında, xudavənda, onu xar et
Yaralı qurdAlparslan Türkeşə*Bilə bilməm, nə gətirdi məni heyvanxanaya,
EləTut orucu, qıl namazı,Allahına xidmət elə.
İrvanən və şərurəBir qulaq ver mənə, ey sahibi-əqla və şüura,Gözün aç, seyr elə bu aləmi dəhra və dühura,