Günortadan sonra duran
Günortadan sonra duranKişilərə bax, kişilərə,Arvad kimi qeybət qıranKişilərə bax, kişilərə.
Böyüklərə olar kiçik,Olar tazı, olar küçük,Biz yanından necə keçək –Kiçiyi ilan tək vuranKişilərə bax, kişilərə.
Şöhrət gəzər axşam, sabah,Mərd ağzına olar qapaq,Lopa bığlı, şələpapaqQuyu qazan, tələ quranKişilərə bax, kişilərə.
Çörəyini şəstlə yeyər,Şəninə min sağlıq deyər,Balaca büdrəsən əgərYerə sinib xəlvət qıranKişilərə bax, kişilərə.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fikret-qoca-gunortadan-sonra-duran
Клавиши ← → для перехода, R — случайное стихотворение