Dünya səni xoş görmüşük,Həyat, hər anın gözəldi.Canım-gözüm nə bəxt, nə püşk,Hər bir dövranın gözəldi.Dağların yaşıl səmənim,Bulaqların dili şirin.Sənin sazın, sənin şerin,Sinəmdəki bu ürəkdi.İlk sevgim də sənsən mənim,Bu yer, bu göy nə göyçəkdi,Dünya, səni xoş görmüşük.

İşığını doldur, içim!Bu dağlardan, bu düzlərdən,Ayaqyalın gəlim keçim.Dolular döysün arzumu,Günə yansın könlüm, gözüm.Gözümdə sənin şəklindi,Dilimdə şirin adındı.Ürək adlı bu bəlada,Yanan sənin eşq odundu.Dünya, səni xoş görmüşük.

Ana südü kimi ağsan,Ətəyini öpsün fələk.Sənin nurunda yuyunsa,İnsan dönüb olar mələk.Dünyada ən xoşbəxt anım,Səni gördüyüm ilk andı.Zülmətin də işıqlıdı,Zindanın da mehribandı.Gəlsin əlini öpməyə,Ən qiymətli arzu, dilək,Qədrini məntək bilməyə.Ölüb diriləsən gərək,Dünya, səni xoş görmüşük.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов