Günün günorta vaxtı,Elə qaranlıq sözlər danışdın,Elə çaşdım,Durub lampa yandırdım, baxdım,

Bəlkə aydınlaşa mətləbin.Harda qurtarmısan,Bu mətləbsizlik məktəbin.Biz bir yana,Özün də öz sözünüYüz yerə yoza bilərsən.Elə qaranlıqsan,Özün də öz içində aza bilərsən.Özünü vurub salırsan dərin quyuya.Sonra çapalayıbÇıxmağa çalışırsan.Məncə danışmağa sözün yoxdu.Dayana bilmirsənOnun üçün danışırsan.Bizə nə var.Birtəhər dözərikZarafatla, yandırdığımız işıqla...Ömrün cəhənnəm əzabı olacaq.Bu danışıqla...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов