İçimdə bir xərabə var,Dindirsən daşı ağlayar.Bir yol küçəsindən keçsə,Dərd qanmaz naşı ağlayar.

Kim verdi qəlbimə yası?Mərd hansıdı, namərd hansı?Ömrümün güney səmasıQuzeydən yaxşı ağlayar.

Bu haqsızlıq haqdan damar,Göyü, yeri, günü danar.Göz görüb heyrətdən donar.Göz üstə qaşı ağlayar.

Qədim od oğlu – Azərəm,Əllərdə oynanan zərəm.Ağlamaram, mən dözərəm,Könlümün başı ağlayar.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О мудрости