Ehey dayan!
Ehey! Keçmə belə sürətlə,Dayan!Yenə düşəcək fürsət ələ,Sürət ələ,Dayan!Zamanın o başındaGöydən süd yağmır,Çayda bal axmır.Göbələk kimi yerdənKömbələr qalxmır. –Sən də əl-ayağını uzadıbYeyib-içəsən xımır-xımır.Dayan,Boylan,
Burdadı tay-tuşun,Qohum-qonşun.Onların sevinci, dərdi...Sevinc də, dərd dəİnsan kimi gəldi-gedərdi.Burda sevinc vardı, –Sənsiz qalıb odu soyumuşdu.Burda çiçək vardı, –Sənsiz rəngi soldu,Ətri uçdu.Burda əllər üstə tabut gedirdi. –Sənin əlinin yeri boşdu.Ehey! Dayan!Hövsələni bas!İnsan doğulubİnsan əlindən qaçmaq olmaz!QaçmaÖzünü öldürmə, yaxşı!Yoxdur zamanın o başı;Heç vaxt göydən yağmayacaqSüd yağışı –Südü inəyin əmcəyindən sağırlar;ÇörəyiƏkib, biçib yığırlar,Qəhrəman – yer ayrılıb, yerdən çıxmırOğulu –Zəhmət çəkib doğurlar.Ehey! Dayan!Qaçma yollarımın palçığından,Yazımın yağışından,Yapış yükün o başından.Belə qaçacaqsan haçana kimi,QaçmaDələ dairədə qaçan kimi...
Kitabxana.az · https://kitabxana.az/ru/works/fikret-qoca-ehey-dayan
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bəsdir, göz yaşardıb zarıma zar-zar,Səndən, dünyandan da böyükdür dərdim.
Xoş gördükSəni gördüm, üzüm güldü, xoş gördük,Səni gördüm, xoşbəxt oldum bu axşam.
İş belə düşdüYaxşılı-yamanlı gözəldir hamı,Hərə bir taleli, hərə bir adlı.
Yarpaqlar quşlara qoşulub gedibYarpaqlar quşlara qoşulub gedib,Kür boyu meşələr tək qalıbdılar.
Стихи других поэтов
Fəqir kasıb oldu əyaldan xəcil,Hər nəmnə dindirirsən pet qəpik
Qəzəl: Qaçan ol sərvi-səhi nazilə rəftar eylərQaçan ol sərvi-səhi nazilə rəftar eylər,Gövhəri-əşki gözüm payinə isar eylər
Dinəndə yandı dilimDinəndə yandı dilim,Dinməyende dil yandı.
Pəltək adamın dilindənŞə-şə-şə şəha cəmalın kə-kə-kə kəmal olubdur,Lə-lə-lə ləbin şərabı zu-zu-zu zülal olubdur