Əlimdə lüğət,Dilimi çevirirəmO yan – bu yana.Risk – bu bir sözdü, –İki başlı,

Bir üzlü, iki tirə,Dilimizdə yoxdu;Varsa, hanı?Yox, var buna bənzər, –Deyirlər bəzənYa apara,Ya da gətirə.Görünür ki, bunu da deyib,İlk dəfəƏlləri əsə-əsə kəşf eləyib,Qumarbazın biri.Yoxsa belə deməzlər axı.Görünür ki, riski müsəlmanaElə qumardan ötrüverib Allahı.Risk, o hər nədirsəBiz hələ onu eləməmişik.Biz hələ zamanı əyləməmişik.Tutmamışıq sorğu-suala:Hara gedirsən, bala?Hara sürüyürsən ipləyib başımı.Dəqiqələrin ağacdələn kimi didir,Ömrümü, yaşımı.Bəlkə boynu kəndirsiz olmaq olar

Bəlkə yana burulmaq olar.Sözün ucundan tutubGetdim ucuzluğuna,O riskdi – nədi,Qayıdaq ona.Hələ bilməyəndə ki,Atamız-anamız kim olacaqRisk eləyib doğulduq...AncaqSonra halı olduqAtamız, anamız kimdirdeyirlər.Ayaqqabını ayağa geyirlər,Qan da qırmızıdı,Qan içən də var.Amma ayrı şeydi çaxır...Və ilaxır, və ilaxır...Dövr risk axtarır ki,Alıb qələminə tarix edə.Bəzən adi bir riskdən doğulurYeni bir ölkə də, onun tarixi də.Biz boyda xalqın yolunu kəsibAraz kimi balaca bir çay,Ay dədə vay...Dözürük çox şükür deyə-deyə.Sən Arazın soyuq suyundaQaynar riskə bax,Od övladındakı soyuq mütiliyə...Düşünürəm...Heç soyuq da deyilElə öz fikirlərimdən üşənirəm.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов