Yaşamaq eşqinə, həyat eşqinə
Qədim tarixləri aç varaq-varaq,Acizə əyilən qəhrəmana bax.Alim qoyun güdüb, əlində çomaq,Yaşamaq eşqinə, həyat eşqinə.
Dostunu düşmənə əzdirən də var,Özü öz canını üzdürən də var.Ölümü qoynunda gəzdirən də var;Yaşamaq eşqinə, həyat eşqinə.
Yaşamaq hər kəsə gəlməsin asan,Ya gənc, ya qoca ol, daim yoldasan.Uzaq ulduzları gəzəcək insan,Yaşamaq eşqinə, həyat eşqinə.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fikret-qoca-yasamaq-esqine-heyat-esqine
Клавиши ← → для перехода, R — случайное стихотворение