Analar ağlamasın
Təkcə analar ağlamasın,Analar ağlayanda dözə bilmirəm.Sahilsiz ümmandı ana kədəri,Onu sonra kimi üzə bilmirəm.
Təkcə analar ağlamasın,Dünya yetimləşər, ana ağlasa.Ananın gözünə qəm çiləyənlərAnanı gözünün üstə saxlasın.
Çəkərəm ananın kədər payını,İçərəm ananın zəhər payını.Təkcə analar ağlamasın.
Qoy ağ çiçəkləri düzüm saçına,Qarışsın saçının ağı güllərə.Ana gözlərində bulud görməyim,Qəmi yaza dönsün, ahı güllərə.
Təkcə analar ağlamasın,Zirvəmdi, qoymayın onu çən alsın.Al-qumaş geysə də ona yaraşmaz,Ananın paltarı sevincdən olsun.Təkcə analar ağlamasın,Ana kədərinə dözə bilmirəm...
Kitabxana.az · https://kitabxana.az/ru/works/sabir-rustemxanli-analar-aglamasin
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Naz-qəmzə saçsa da yalançı ədan,Yorğun baxışların doludur dərdlə.
Gözəllik ilahəsi ilə görüşSənin bu ilahi gözəlliyinə,Dünya min illərdi baxır heyrətlə.
YollarımızAzərbaycan yollarının ilqarı dönməz,Qanadlanıb bir oymaqdan
Müqəddəs adətlərMüqəddəs adətlər ucaldır məni,Mən onun eşqiylə yaşayam gərək.
Стихи других поэтов · О природе
Bir iyidin bəxti olsa,Ellər ona yar olarmış.
Bu diyari-Kərbəla, bu sən, xudahafiz, HüseynBu diyari-Kərbəla, bu sən, xudahafiz, Hüseyn.Karivan yolandı Şamə, mən xüdahafiz, Hüseyn.
MənEy gül, rəhmin kəsmə məndən,Valehü heyranınam mən.
EləsinBir kimsə yox izhar edim dərdimi,Deyim, dursun dərdə dərman eləsin.