Üç addım ayır, kənd qəbristanı,Günlərin birində qayıdacağam.Harayım yetməyən neçə insanıCansız sükutumla oyadacağam...

Bu ruh söhbəti də xəfif bir güman,Səhra boşluğunda ilğımlanan yaz.Çiynimizə düşən bu haqqı-saydanÇıxmağa təsəlli olmasa olmaz!

Üç addım torpağın – sonuncu qismət,Sonuncu düşərgə, sonuncu duyğu...Bu kənd öz yerində qalacaq, əlbət,Bu kənd qalacaqsa, daha nə qorxum?!

Qüruba tökülən kədərli yellərDünyaya qayıdan səsimdi ki var,Üstümdə bu yurdun daşısa əgər,Mənim ölümə də gülməyim tutar!

Ala yaylaqlarım alaçıqlısa,İlxılar ötürsə el yollarından,Bu dağlar durduqca ayrılıq susar,Doğaram yaz şehi, zirvə qarından...

Çəmən o çəmənsə, çaylar o çaysa,Meşələr nağılla dolusa hələ –Öz ana dilimdə haraylanarsam,İnan, məzardan da qalxıb gələrəm!

Qoy kənd uşaqları versin səs-səsə,Bu doğma harayda həmişə sağam.Analar adıma bir layla desə,Soyuq torpaqda da uyuyacağam!

Dinər “Qaragilə”! Ağlama, bəsdi,Zaman bu mahnının çəpəri olmaz.Mən nə vaxt başladım,mən haçan susdum –Qardaşım dünyanın xəbəri olmaz...

Yenə toy-bayramlar qıracaq bəndi,Bir qədim sevgidən alışacaq səs.Obalar yaddaşı tarixdən qədim,Oba yaddaşına yol tapan ölməz!

Hikmət ocağıdır ulu dağ-dərə,Gələrəm, qoy bir də onu dinləyim.Bu qədər ağsaqqal uyuyan yerəDünyanın ən müdrik torpağı deyim.

Meşəndə bir ağac qırılıb düşdü,Pöhrələr boy atır, boy atır arzun.Mayam o torpaqdan götürülmüşdü,Gələrəm, torpağa borcum qalmasın!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине