Bir şam yandırarsan
Ey bayram axşamı yalqız qalan kəs,Bir şam yandırarsan adıma mənim.Bizim bu həsrətin yanğısı sönməz,Tonqallar alışar oduma mənim...
Bayram xonçasında şamlar yan-yana,Onların içində mən də yanaram.Gündüz bir dost kimi yada salanaAxşam alov kimi xatırlanaram.
Bayram niyyətində sevgini sına –Gecə gələrəmsə yuxuna – sağam.Nəfəsim dəyməmiş yanaqlarınaŞamın şöləsitək toxunacağam.
Bu uzaq ellərdə sənədir üzüm,Qalsam da dörd divar arasında tək...Bayram süfrəsitək açıqdı köksüm,Bircə şam alışır üstündə – ürək!..
Moskva, 20.III.1979
Kitabxana.az · https://kitabxana.az/ru/works/sabir-rustemxanli-bir-sam-yandirarsan
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Sübhün dumanını bir şüa kəsir.Qara sərinində alatoranın
Dağlardan dağlara danışın...Dağlardan dağlara danışın ancaq,Düzənlik nə bilir dağ deyilən nə...
Nazim Hikmət yoluƏgər insan öləndə ömür başa çatırsa,dayanırsa hərəkət
Gündüzüm gözləyirO körpə əlləri mənim gör nəyim, –İstidə yelpiyim, qışda köynəyim...